Evdə qalaq


Bu son yaşadıqlarımız onu göstәrir ki, aktiv vә dinamik hәyat, iş-ev sistemi, sürәtli internet, filmlәr, kitablar - bunlar hamısı bir yerә qәdәr idi. Zamanı çatanda dayanıb özümüzә vә ailәmizә baxmaq vә bәzi şeylәri başa düşmәk lazım idi.

Düzünü deyin dә, bu vaxta qәdәr belә bir şeylә qarşılaşmışdız? Universitetlәrin, iş yerlәrinin, dövlәt strukturlarının bağlandığı, varlısından kasıbına hәr kәsin qorxuya düşdüyü belә bir şey? Bu tәsәlli olmaz bәlkә dә sәninçün, amma, deyim ki  indi hamı sәnin günündәdir. İndi heç kim qazanmır, indi hamı özünün vә ailәsinin canından narahatdır. 

Sonuncu dәfә öz uşağınla, atanla, ananla, qısacası ailәnlә nә vaxt bu qәdәr zaman keçirmişdin? Zaman keçir hә? Sәn daha çox qazanmağa köklәndiyin bu illәr әrzindә atan-anan yaşlanıb, övladların böyüyüb hә? Bax dostum! Bu tәbiәtin sәnә sonuncu mesajıdır - silkәlәn vә özünә gәl! Hәyatın әsl anlamının qazanmaqdan, tәbiәti mәhv etmәk bahasına öz balaca "insan hәyatını" rahatlığa çatdırmaqdan ibarәt olmadığını anlamaq üçün bu sonuncu fürsәtindir. Daha müdirin sәnә işә gәl demir, müәllimin hәr iştirak etmәdiyin dәrsә görә qayıb yazmır. İndi bu vaxta qәdәr ailәnin sәnә yazdığı qayıbları geri ödәmәk vaxtındır. Oturmaq, düşünmәk, öz üzәrindә işlәmәk, boş olan vaxtını ailәnlә dәyәrlәndirmәk vaxtıdır. Doğrudur, "#evdәqal" demәk çox rahatdır onlarçün, pulun yox ikәn, әrzağın yox ikәn bu sәninçün çox çәtin gәlir, amma bu әsl sınaqdır, dostum. İnsan olduğumuzu xatırlamaqçün, paylaşmaqçün, kasıba әl tutmaqçün әsl zamandır bu. Vә bu dәfә bunu sәndәn nә dinin, nә dövlәtin yox, TӘBİӘTİN ÖZÜ TӘLӘB EDİR!



Tarix: 27.03.2020

6248