Oynamaq vaxtı deyil!


Dünyanı lərzəyə gətirən koronavirusa görə bizim də dövlətimiz əsaslı tədbirlər görür.

Hər gün insanları ictimai yerlərdə az olmağa, çox az-az hallarda toplaşmağa, mümkün qədər, vacib olmadıqca çölə çıxmamağa,  kütləvi tədbirlərdən yayınmağa səsləsələr də, biz hələ də işin ciddiliyini tam olaraq dərk edə bilməmişik. Və bu hal tək özümüzü yox bütün bir toplumu təhlükəyə atır. Hələ də bayram tonqallarının başına yığışıb, tullanmaq uğrunda mübarizə aparırıq.
Özünüz üçün, ailəniz üçün bu tədbirlərə daha həssas yanaşmağa dəvət edirəm hər kəsi. Bütün deyilənlərə, tələb olunan bütün addımlara eyni zamanda gigiyenik qaydalara əməl etməyə çalışaq. Koronavirusa qalib gələk.



Tarix: 21.03.2020

5773