Bakının Karlsonları


Müasir dünyanın ən böyük problemləri arasında yer alan və bəlkə də xəstəliklərdən, fəlakətlərdən belə daha xoşagəlməz nəticələr doğuran məqam  dezinformasiyalardır.

Təəssüf ki, dünya gündəmini məşğul edən hər hadisədə həqiqi informasiyaları müşaiyət edən və onlardan sayca qat-qat daha yüksək olan dezinformasiyalar insanlar arasında yanlış məlumatlanmağa yol açmaqla yanaşı panika və qorxunu da özü ilə birlikdə gətirir.
Bəllidir ki, bu informasiyaların yayılması bəzi qrupların maraq dairəsindədir. Lakin cəmiyyət olaraq bizim üzərimizə düşən vəzifə borcu odur ki, bu yalan və həqiqətlə uzaqdanyaxından əlaqəsi olmayan informasiyalara etibar etməməli və daha təmkinli davranmalıyıq.



Tarix: 14.03.2020

6224