Yastıq bank


Dezinformasiyalar nəticəsində yenə camaat bir-birinə girdi. Bir gecədə hər kəs iqtisadi mütxəssis oldu,  həyəcan təbilləri çaldı.

Rayonlardan belə insanlar durub gəlib banklara axışdılar. Yastıqlarının altındakı 3-5 manatı dəyişdirmək uğrunda sözün əsl mənasında bir-biriləri ilə yarışdılar. Əsəb gərginlik yaradaraq bank işçilərinə də maneələr törətdilər. Bu səhnələri görmək insanı çox üzür. Demək ki, həqiqətən belə bir hadisə olsa bəzi insanlar ölkənin yanında olmaq, ölkəyə dəstək olmaq əvəzinə 3-5 manatlarını götürüb yenə bankalara qaçacaqlar. Milli pulumuzu gərəksiz bir şəkildə daha da dəyərdən salaraq vəziyyəti daha çətinləşdirəcəklər. Birmənalı olaraq hər kəs başa düşməlidir ki, bu addımlar çox mənasız addımlardır. Həqiqətən belə bir hal yaşansa bu addımı ataraq vəziyyəti daha da çətinləşdirəcəksiz. Və başa düşmək lazımdır ki, o dəyişdiyiniz pullar sizə bir ömür yetməyəcək. 3-5 gün sonra bitəcək və əli-boş qalacaqsız. Belə hallarda sözün əsl mənasında həmrəy olmaq, əsassız informasiyalara inanmamaq və rəsmi olmayan məlumatları paylaşmayaraq daha güclü ola bilərik. Daha az ziyana uğrayarıq. Ən əsası isə hal-hazırda yastığınızın altındakı pulları soyutmağa heç bir əsas yoxdur . Rahat olun 



Tarix: 14.03.2020

6435