Koronavirus


Bizim bu bədbəxt Mehralının başında koronavirus kimi bir bəla var, Qaynana!

Yazıq kişini nə təhər boğaza yığıbsa, lap təngə gəlib. Bütün dünya üçün təhlükə olan bu virus ona adi bir hal kimi gəlir. Heç maraq dairəsində də deyil. Bu təhər Mehralılardan çoxdur bizim cəmiyyətdə. Hərəsinin isə problemə reaksiyaası bir başqadır. Birinin vecinə olmaz, ciddiyə almaz, bir başqa biri isə panika yaratmağı sevər, hadisəni böyüdüb-böyüdüb tirajlayaraq insanları təşvişə salar,  reytinq yığmağa çalışar. Ən çox rastlaşdığımız isə "Yoxdan konfet" yaradan tiplərdi. Yalan, səhf məlumatlar yayaraq  like yığanlar. Allah sizi bütün bunların hamısından qorusun.



Tarix: 27.01.2020

8289