Qafiyəyə uyğunlaşan yaxşılıq


Ay tova, “balıx”nan “xalıx” qafiyələnməsəydi bu məsəl yaranmazdı. Bizdə hər şey qafiyəynəndi, qafiyəyə yatırsa, demək, həyatın yağ kimi gedir.

Əksinə, işin-gücün biri-biri ilə qafiyələnmədisə, vəssalam, qanın qaralacaq, həyatın puç olacaq. Məsələn, ata Buş Amerikanın prezidenti seçiləndə bizim bir ziyalı onu belə xarakterizə eləmişdi: Quşun ağlı, Buşun ağlı. Ziyalımızın bu sözündən sonra bütün millət elə bilirdi, Buş quş ağıldadı. Bircə qafiyə ilə o boytdana kişini məhv eləyib böyrü üstə qoymuşduq. Bu suda boğulan kişi də qafiyənin qurbanıdı, boğulur.

 



Tarix: 21.01.2020

7741