Sürü


Son illərə nəzər yetirdikdə,  sürü şəklində yaşadığımızı çox aydın görmək olur. 

Bir qoyunun elədiyini bütün sürünün etdiyi kimi,  biz də,  kimsə nə edirsə eynisini etməyə proqramlaşdırılmışıq elə bil. Dünyanın digər ucunda dəlinin biri cırıx şalvar geyinən kimi,  virus kimi bütün dünyaya yayılır,  dəb halını alır. Bu biri başında hansısa dəli cinsini dəyişir,  başlayır hər kəs dəyişməyə,  dünyanın göbəyində bir hadisə baş verir,  hamı ona dəstək olur,  sonra bir nəfər çıxıb dəstək olanları qınayan kimi, hamı başlayır qınamağa və bu hal belə də davam edir. Uzun sözün qısası sürü psixologiyasından uzaqlaşmağımız, hamımızın xeyrinə olacaqdır deyə düşünürəm.



Tarix: 21.01.2020

8072