Keçi


Hansi sürücünü dindirsən deyir ki,  "bizdə sürücü mədəniyyəti yoxdur!" 

O da az deyilmiş kimi,  piyadanı da qatırlar bunun gözünə,  "Heç piyada mədəniyyəti də yoxdur", ürəyi soyumur,  gözünü yumub "Vapşe Heç bir sahədə mədəniyyət yoxdur bizdə" deyir. Hər kəs bunları deyir ancaq yenə də,  küçələrdə siqnal səsləri əksilmir, dava-dalaş bitmir, qəzaların sayı daha da artır, ötüşmələr,  yarışmalar ucbatından canlar həlak olur. Naşı sürücülərin ucbatından böyük tıxaclar yarnır,  insanlar gedəcəkləri yerə gecikir, əsəbləri pozulur, bir də bunun üstünə siqnal səsləri gəldikdə insan özündən çıxır. Hər kəs problemin nədə olduğunu bilir,  başqasını günahlandırmağı bacarır, öz ağlınca problemin həll  yolunu təklif edir. Ancaq heç kəs özünü günahlandırmır. Məncə biz bu bacarığı əldə etdikdən sonra normal bir cəmiyyət olmağı bacaracayıq.



Tarix: 15.01.2020

8406