İctimai tərbiyəsizlik


Evimizdən çöldə, qapımızdan bir addım kənarda hər cür şiddət, tərbiyəsizlik görə bilərik.

Düz evinin tinindən,  dayanacağa qədər ki, məsafədə hər səhər binadan hansısa vələdi-zina başına evin zibillərini atar, bir neçə addım irəlidə bir ailənin yetişdirdiyi qəribə varlıq işə və ya dərsə tələsən bir qızcığaza,  xanıma gözləri ilə təcavüz edib,  atmacalar atar, qarşıdan gələn bir gəda "xuaax" edib bütün dərinliyindəki çirki boğazına yığıb önünə tüpürər, "allah sənə şükür" deyib çatdığın dayanacaqda ağsaqqal kişilər siqareti -siqaretə calayıb tüstüsündə boğar səni, yaxınlaşmaqda olan avtobusu görməsinə rəğmən, israrla son tüstünü ciyərlərinə çəkməyə çalışar, bir tüstü daha deyib ən axırıncı minməyi gözləyər və nəticədə sonuncu nəfəsi elə  avtobusun içinə buraxaraq hər kəsi o mundar qoxuda boğar. Sonra da heç nə yoxmuş kimi, gedib öz yerini tutar. Hələ bunun üzərinə xalaların yer üstündəki davaları da gələr. Həya edib üzünə baxmadığın o xalalar, bir dayanacaqlıq məsafəni oturaraq getmək üçün elə söyüşlər söyər ki,  qalarsan baxa-baxa. Başqa birisnin qulaqcığındakı yüksək səsli, zövqsüz mahnıya məruz qalarsan, başqasının arxadan xanımlara sürtüşdürməsinin şahidi oalrsan, bir neçə  kələnin tərbiyəsizcə,  yüksəkdən danışıb,  deyib-gülməsinə qulaq asmalı olarsan, canını əmanət etdiyin sürücünün,  heyvan kimi sürməsinin nəticəsində için-çölünə çıxar, tər əleyhinə vasitələrdən bixəbər insanların qolunun altında qalarsan, beləcə gəlib düşəcəyin dayanacağa çatarsan və minmək uğrunda mübarizəni düşmək uğrunda da apararlar... Gününüz uğurlu olsun...



Tarix: 21.11.2019

1550