Qulağa sırğa ....


Milltət olaraq məsləhət verməyi çox sevirik . Hər şeyin ən düzünü sanki biz bilirmişik kimi, uçana-qaçana məsləhət veririk.

Elə oturma, belə otur. Kişiyə o yaraşmaz, bu yaraşar, qadın elə olmaz belə  olar və.s bu tipdən minlərlə məsləhətlər. Heç bir zaman qarşımızdakına insan kimi baxa bilmirik. Seçimlərini, cinsini, dinini, oturuşunu-duruşunu müzakirə etmədən, olduğu kimi qəbul edə bilmirik. Özümüzə bir qəlib düzəltmişik. Və hər kəsi o qəlibə salmağa, bir çərçivədə görməyə çalışırıq. Halbuki bəzən, öz seçimlərinə görə ətrafımızdan uzaqlaşdırdığımız, çıxdaş elədiyimiz insanlar, bizim qəlibləşdirdiklərimizdən daha faydalı olur. Bizə yox , insanlıq üçün faydalı olur. Önəmli olan da budur. Gəlin insanları olduğu kimi qəbul etməyi bacarıq. 



Tarix: 18.11.2019

1349