Odun kəşfi


Ortada bir iş varsa, mütləq müxtəlif rəylər olacaqdır. Pis və ya yaxşı.

Önəmli olan işi ortaya qoymaqdır. Bəlkə də ilk dəfə odu kəşf edənə nələr-nələr deyiblər. Abrını ətəyinə büküblər. Bəlkə də arvadı boşqabı təpəsinə çırpıb ki, get camaatın kişisi kimi ov-ovla, acından ölürük evdə. Ancaq bu kəşf dünyanı dəyişib. Siz də rəylərə aldırmayın. İşinizi görün. Danışan hər zaman danışacaq. Dünyada nə siz, nə də onlar qalmayacaq. Yalnız gördüyünüz işlər qalacaq . Uğurlar



Tarix: 30.10.2019

2302