Azərbaycana balta vuranlar


Radikal müxalifətin hökumətə deyil, dövlətə qarşı çıxması haqda çox deyilib. Amma bu qruplaşma təkcə dövlətin yox, xalqın, onun gələcəyinin də qəsdinə durub.

İcazəsiz mitinq cəhdinin nə qədər boş və lazımsız olduğu praktikada aydınlaşandan sonra onu yenidən təkrarlamaq nə deməkdir? Axı sübut olundu ki, bununla heç nəyə nail olmaq mümkün deyil. Elə isə, insanları yenidən qanunsuz şəkildə küçələrə çağırmaqda məqsəd nə ola bilər?

Bu sualda bir həlledici söz var ki, cavab məhz orada gizlənib: Küçə! Bunlar, sadəcə olaraq, Azərbaycanın taleyinin küçədə həll olunmasını istəyirlər. Niyyətləri odur ki, dövlətin gələcəyilə bağlı bütün vacib suallar küçədə müzakirə olunsun. Hər şey küçə səviyyəsinə endirilsin.

Onlar, Azərbaycan xalqını taleyi küçədə həll olunan xalqların arasında görmək istəyirlər.

Amma görməyəcəklər!



Tarix: 30.10.2019

1181