Doğum evi


Adını eşitmək belə tüklərini biz-biz edir adamın. 

Sözün əsl mənasında doğum evi olan bəzi yerlərdə, kolidoru silənlər belə gəlib səndən şirinlik alırlar. 5 ona, 3 buna verə-verə evə getmək zamanı gələndə bir də görürsən ki, cibində pul qalmayıb. Vicdansızca o haram pulları alanlar, o pulları yeyənlər, gecə başını yastığa qoyanda heç düşünmürlər ki, bu yetim necə getdi evə, uşağa lazım olan şeyləri ala bildimi, xərclərini qarşılaya bildimi ?! Qəribə millətik vallah. Bizə düşmən lazım deyil...



Tarix: 07.10.2019

2203