“Düdelanj”la oyunda“Qarabağ”a qarşı təxribat


UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubu “Düdelanj”la Lüksemburqda keçirilən səfər oyununda təxribatla üzləşib.

Azvision.az xəbər verir ki, Ağdam təmsilçilərinin vurduğu ikinci qoldan sonra, matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb.

Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Matç 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.

Lüksemburqun idman naziri baş vermiş hadisəni təxribat adlandırıb və Azərbaycandan üzr istəyib.



Tarix: 05.10.2019

1708