Fuad Qəhrəmanlı arvadını döyür, Əli Kərimli isə susdururmuş - BÖYÜK QALMAQAL


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun "Facebook" səhifəsində AXCP sədri Əli Kərimli ilə bağlı yaydığı məlumat ictimaiyyət arasında ciddi rezonans doğurub və partiyada hansı təfəkkürlü insanların olduğunu bir daha ortaya qoyub.

Selcan Yağmurun yazdığı statusdan aydın olur ki, əslində Əli Kərimli və Fuad Qəhrəmanlını birləşdirən ortaq cəhətlərdən biri də zorakılıq, qadın hüquqlarına sayğısızlıqdır.

S.Yağmur yazır: “...tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da, evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailə problemim yox”.



Tarix: 20.09.2019

1609