28 mall-ın qabağı


Bilmirəm bu təsadüfdür ya necə ama özəlliklə 28 mallın qabağında bir xeyli polis əməkdaşı dayanır.

Sanki bütün malların ordan keçəcəyini təxmin edib qoyublar onları ora. Hər dəfə 28 malla- yaxınlaşdıqda yol keçmə prosesində bir neçə növ fərqli informasiya ilə insanların gözləməsi və keçməsi komandası verilir. Lap tutalım ərazini tanımırsan, yola yaxınlaşdıqda görəcəyin informasyaları hesablayaq. Öncəliklə hər iki tərəfdə insanların gözlədiyini görürsən, məncə bu informasiya yetərlidir ki, sən də gözləyəsən, ikinci hər iki tərəfdə də polis əməkdaşlarının işini icra etdiyini görürsən, üçüncü işıqforda sizə qırmızı işığın yandığını görürsən, maşınların sürətlə hərəkət etdiyini görürsən, bununla da başa düşməyəcəyini düşünüb adamlar işıqfora səs də qoyublar. Belə ki keçmək lazım gəldiyində "keçin" əks təqdirdə "gözləyin" deyə insanları istiqamətləndirir. Bunlara baxmayaq yolu keçən insanlar yenə də varsa deməli narahatçılığa böyük bir səbəb var.



Tarix: 20.08.2019

1115