Elbrus Kiyevi kövrəltdi


Ukraynada səfərdə olan Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud ukraynalı xanımların qonağı olur. Söhbət “aşkdan-meşkdən” fırlanıb müharibənin, iqtisadi böhranın üstünə gələndə dərhal qəm-qüssəyə qərq olan ukraynalı xanımlar bayaqdan süfrənin üstünü bir ucdan yağmalayan Elbrusa iqtisadi böhran başlayandan bəri Ukraynada əhali ilə yanaşı, ev heyvanlarının da korluq çəkməsindən, camaatın öz payından kəsib itə-pişiyə yedirtməsindən danışırlar. Leninqrad mühasirəsini xatırlayanlar olur. Hətta bir qız evdən hər gün öz naharını gətirib parkda çöl quşlarına verdiyini deyir. Nəhayət, Elbrusdan Azərbaycandakı vəziyyəti soruşurlar. Elbrus əliylə ofisianta masada çörəyin qurtardığını işarə edə-edə ürəkdən gülərək deyir: - Əşi, iqtisadi böhran yavaş-yavaş bizdə də hiss olunur, bizdə də artıq hərə öz boğazını düşünür, məsələn, biz ən birinci həyətdəki itimizi qovduq.
Ukraynkalar mat-mat bir-birilərinin üzünə baxırlar.

Yazdı-yamadı Vələmyesir


Tarix: 12.10.2015

7420