Qəlyan qaldı, Fuad bəy!


AXCP cərimə kəsilmiş üzvlərinin pulunu ödəmək üçün marafon keçirməyə cəhd edir. Amma bir şey alınmadığından, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cəbhəçilərin incə hisslərini tərpətmək üçün profilində onlara belə bir müraciət ünanlayıb:

- Bizdən tələb olunan gündəlik çayxanalarda, dostların toplaşdığı məclislərdə xərclədiyimiz pulu heç olmasa bir dəfə mübarizə üçün sərf etməkdir. Çoxmu çətindir? Bunu etmiriksə, o zaman böyük dəyışikliklərə necə iddia edə bilərik? Əslində, çox düzgün taktikadır: Cəbhəçi üçün çayxanadan müqəddəs nə ola bilər?! Çayxana onların canındadır, qanındadır. Çayxana onlar üçün pirdir, and yeridir. Onlar bütün işləri çayxanada həll etməyə adətkardırlar. Himləri belə qoyulub çünki. 90-cı illərdən çayxana havası başlarını necə dumanlandırıbsa, hələ də tüstüsü dağılmayıb. Onun təsirilə sosial şəbəkəni də çayxanaya çeviriblər. Amma Fuad bəy daha çox pul yığmaq üçün müasir trendi də nəzərə almalı idi: Gərək qəlyanı da əlavə edərdi...



Tarix: 28.06.2019

941