Qeyri-adi toy


Son illər gənclər arasında qeyri-adi toy etmək kimi bir arzu dəbə minib. Bəzən bu arzunu reallaşdırmaq uğrunda gənc cütlüklər arasında elə gərgin mübahisələr düşür ki, heç evlənməyə ehtiyac olmur. Bütün ömrünü adiliklər içərisində keçirənlərin yalnız toy günü qeyri-adilik iddiasına düşməsi çox zaman tragikomik mənzərələrin yaranmasına səbəb olur. Eynşteyn demiş, özümüz, həyatımız, təfəkkürümüz adidən də adidirsə, toy günümüzün qeyri-adi olması nəyi dəyişəcək ki?

Tarix: 09.10.2015

10094