May ayında sıradan bir gün


Adətən mart gəldi dərd gəldi deyirlər. Ancaq son illərə diqqət yetirdikdə görürük ki, mayın da heç ondan geri qalan yeri yoxdur.

Səhər soyuq havaya aldanıb qalın geyinib çıxırsan evdən, günortaya yaxın elə bir günəş çıxır ki, az qala dərini də soyub soyunmağın gəlir. Elə ki, tərləyib istidən bişirsən bir külək qalxır gəl görəsən. Külək tərini qurudar qurutmaz da yağış başlayır yağmağa...



Tarix: 01.06.2019

387