Mıxlamaq


Xüsusən də bayram axşamları, ikini dörd görənə qədər mıxlanıb dostu düşmanı qardaş kimi görməsi olmaya da bunların.

Hələ içkili-içkili verilən sözləri demirəm. Səhər qapını açırsan ki, min illik düşmənin əlində də bir qutu şokalad durub qapının ağzında, üzünə işarır. Bəs axşam içkili-içkili qonaq çağırdın xeyirverməzi ki,  səhər gün oyanmamış dur gəl bizə xaş yeyək. İndi də olursan it peşmanı. Gərək gözdüyəsən 2-3 rumka paxmeldən çıxasan,  bir 2-3 rumka da əlavə mıxlanıb təzdən piyan olasan ki, bununla yenidən deyib gülə biləsən. Nə bilim vallah. Qəribədir ...



Tarix: 22.04.2019

1647