Hər şeyi düzəldən


Ayrılıq çox pis şeydi, kosmosun sahibi onu heç kimə görsətməsin. Özü də öz çəkindən dəfələrlə böyük nəsnələrlə ayrılmaq çox çətin olur. Adam var öz atından, adam var inəyindən, adam var maşınından ayrıla bilmir. Ayrıldığın obyektin kütləsi səndən nə qədər ağır olarsa, ayrılığın ağrısı da o qədər ağır olar. Düz mütənasibdi, yəni. Ola da bilsin, bu qanun tərs mütənasiblərə aiddi. Nə isə, ağırdı, çox ağırdı. 



Tarix: 12.04.2019

1157