Qara dəlik


Bugün belә Avstraliyada yaşayan yerli qәbilәlәr var ki, sivilizasiyanın son yeniliklәrindәn, mәsәlәn elә, bu mobil texnologiyanın, sosial şәbәkәlәrin, hәtta internetin vә hәtta-hәtta elektrikin varlığından xәbәrsizdirlәr.

Ora ekspedisiyaya getmiş bir gәminin hekayәsini eşitmisiniz yәqin. Yam-yamlar ona heç bir reaksiya vermәyiblәr - nәhәng bir gәmini görmәyiblәr. Çünki onlar üçün belә bir şeyin mövcud olması mümkünsüz görünür.
İndi gәlәk Azәrbaycana. Bir zamanlar Marsın kәşfinin bizimçün heçnәyi ifadә etmәdiyi kimi, 10 apreldә Qara Dәliyin çәkilmiş fotoşәkili dә bizimçün heçnә ifadә etmir. Dünya bunu bayram kimi qeyd etdiyi vaxt, bizim müzakirә etdiyimiz mәsәlәlәrә diqqәtlә baxın vә aradakı fәrqi anlayacaqsınız. Qәrb Marsa turist sәyahәtlәrinә hazırlaşır, bizsә Bilәcәridәn o tәrәfә hәlәki keçә bilmәmişik. 
İndi gedәk yenә Avstraliyaya. O insanların tәk qayәsi yemәyә nәsә tapıb çoxalmaqçün qarşı cins arayışıdır. Karikturaya bir dә baxın vә bizimçün Avstraliya yerlilәri nәyi ifadә edirsә, qәrb üçün dә biz nәyi ifadә edirik anlayın.



Tarix: 12.04.2019

1373