Tv - terror


Bütün bunlar - Rüfәtin, ya da Rәşadın, ya da bir qeyrisinin telekanallarda etdiyi hәrәkәtlәr, dediyi sözlәr hәlә hәr şeyin başlanğıcıdır.

Mәtanәtin "şpakat"ı, Zaurun Damlaya dediklәri - bütün bunlar gәlәcәkdә görәcәklәrimizin yanında heçnә olacaq. Hәtta deyәrdim ki, bir gün bütün bunlarçün dә darıxacağıq, deyәcәyik ki, yenә Mәtanәt olaydı, "bir külәk kimi әsәydi", şpakat açaydı, yenә Zaur olaydı, "yenә alan vuraydı", yenә Rüfәt olaydı...
Çünki indi telekanallarda gördüyümüz insanlar uşaqlıqda daha abırlı verilişlәrә baxan insanlardır. Görün indi bunlara baxan uşaqlar böyüyüb jurnalist olanda biz hansı vәziyyәtdә olan kanallara baxacağıq. 



Tarix: 10.04.2019

1217