Böyük iş - Hərəkətli karikatura


Mәn әlindә bu qәdәr böyük kütlәsi olan nәhәng sәhifәlәrin, vinerlәrin, müğәnnilәrin, jurnalistlәrin niyә bu qәdәr absurd davrandıqlarını anlaya bilmirәm.

Millәtin maariflәnmәyә Mirzә Sabirin, Mirzә Cәlilin zamanından daha çox ehtiyacı olan bu vaxtlarda insanların ac-ac baxışlarının qabağında niyә bayağı davrandıqlarını, niyә özlәrini cәmiyyәtin hörmәt sahibi kәsimi qabağında alçaq vәziyyәtә düşürdüklәrini, niyә bu qәdәr söyüş hәvәsindә olduqlarını anlaya bilmirәm. Düşüncәsi zәif olan insanları inkişaf etdirmәk әvәzinә düşüncә qıtlığını tәbliğ etdiklәrini heç cürә anlaya bilmirәm. "Çox böyük işlәr görürük" deyәn bu insanlar yәni anlamaq istәmirlәrmi ki, demәk olar ki, hәr kәs istәrsә hәr öyündәn sonra onların gördüklәri qәdәr "böyük iş" görә bilәrlәr? Bәs tarix, bәs illәr sonra "niyә insanları bu qәdәr qıtlaşdırdınız" sualı - bunlardan hәqiqәtәn dә mi qorxmurlar? 

Nә qәdәr pessimistlik yağsa da yazıdan, biz inanırıq, inanırıq ki, hәr şeyә әn layiqli cavabları verәn xalqımız bir gün bütün bu "böyük işlәrin" üstündәn sifon çәkib hәqiqәti harada, kimlәrlә birgә axtarmaq lazım olduğunu bilәcәk. Bax onda, vay bu yazıqların halına!

 



Tarix: 30.03.2019

1101