Damla-damla toplaya bilməyəndə


Bu gün müğənni Damlanın bir mağazanın açılışında fanatlarının hücumuna məruz qalması sosial şəbəkədə əsas mövzulardan birinə çevrilmişdi. İnsanlar maraq və təəccüblə müzakirə edirdilər: Sən demə, Damlanın bu qədər fanatı var imiş?

Siyasəti izləyən və yumor hissi bir qədər yüksək olan şəxslər isə diqqəti belə bir məqama yönəltdilər: Heç Əli Kərimlinin mitinqlərinə bu qədər adam gəlmir... Düz sözə nə deyəsən? Elə isə, maraqlıdır: Əki Kərimli aldığı qrantlardan Damlaya qonorar versə, müğənni mitinq günü “Məhsul”da konsert keçirərmi? Bu, Əli Kərimlinin arzularındakı “Məhsul” olardı...



Tarix: 15.03.2019

1285