8 Mart - Beynəlxalq qadınlar günü


Başlanğıcını 1911-ci ildә Amerikadakı Trinql Köynәk Firmasındakı yanğından (129 qadının yanaraq can vermәsi) vә 1917-ci ildә rus işçi qadınların "çörәk vә çiçәk istәyirik" şüarları ilә mitinqlәr keçirmәsindәn aldığı deyilir 8 mart Dünya Qadınlar Gününün

 

İstәnilәn halda, bu tarixin acılı bir keçmişi var vә elә bu keçmiş özü dә müxtәlif cәmiyyәtlәrdә qadınların nә qәdәr әzab-әziyyәtlә bugünkü azadlığa gәlib çatdığını göstәrir. Seçmәk vә seçilmәk hüququ uzun illәr boyunca olmayan qadınlar elә hәmin uzun illәr boyunca insan belә sayılmırdılar. Qanun qoyan vә "başbilәn" insanlar isә bir qadının bәtnindәn çöhrәlәndiklәrini nә tez unutmuşdular...

Amma illәr keçdi, bütün yaraların üstü örtüldüyü kimi, cәmiyyәtlәr bunun da üstәsindәn gәlә bildilәr. 

Arada çox danışıb işdәn yorğun gәlәn hәyat yoldaşlarınızı bezdirsәniz dә, hәr şeydәn qısqanıb bap-balaca sәbәblәrdәn dava-qırğın salsanız da bizlәr sizi çox sevirik! Sizlәr ana, bacı, hәyat yoldaşı, saçlarını hördüyümüz, ya da bunu şirin xәyal kimi gözlәrimizin önündә hәr gün-hәr gün canlandırdığımız körpәlәrimiz qadınlar, bayramınız mübarәk! Biz nә qәdәr "az zәng et dә, mәşğulam axı" desәk dә, siz yenә dә hәmişә zәng edin, olarmı? Yenә dә deyirәm, biz sizi çox sevirik! Böyüklәrin әllәrindәn, kiçiklәrin gözlәrindәn öpürәm



Tarix: 08.03.2019

1060

Ən çox gülünənlər