İlqar, yoxsa Əli? İmza, yoxsa Mitinq? - KARİKATURA


Prezidentin fərmanı ilə problemli kreditlər məsələsinin həllini tapması müxaliflərin arasında qalmaqala səbəb olub. “Real” sədri İlqar Məmmədov deyir ki, bu addımın atılmasına səbəb onların imzatoplama kampaniyasıdır, AXCP sədri Əli Kərimli isə deyir ki, yox, Milli Şuranın keçirdiyi mitinq.

Gözəl işlərə yiyə durmaq istəyən çox olur. Bu da onlardan biridir. Ona görə də, hər iki müxalif siyasətçi istəyir ki, bu “uğuru” öz aktivinə yazsın. Əslində isə əlbəttə ki, məsələ tamam başqa cürdür. Cənab Prezidentin müşavirədə dediyindən də bəlli oldu ki, əslində bu məsələnin üzərində çoxdan iş gedirmiş. Sadəcə, yekun qərara indi gəlmək mümkün olub. Müxaliflərin özlərinə aid olmayan bir nəticəyə yiyələnmək üçün necə didişdiklərinə baxmaq isə doğrudan da, əyləncəlidir.



Tarix: 01.03.2019

1250