Siqaretpulunun yalançı qüdrəti


Əslində, siqaretpulu deyə bir şey yoxdu, sadəcə, sən onu başqa şeylərin quyruğundan kəsib düzəldirsən.

Hərdən adama elə gəlir içdiyinin, çəkdiyinin pulunu yığsa maddi durumunu yaxşılaşdırar. Məntiqlə bu, belə də olmalıdı. Ancaq indiyə qədər, məsələn, on il siqareti  atanların arasında balaca bir maşın alanına da rast gəlməmişəm. Bəzi romantik “alkaş”lar dəmləşəndə belə bu məşhur aforizmi səsləndirməyi sevirlər: “İçdiyim araqların butulkalarını yığsaydım şüşədən saray tikərdim!” Təbii ki, belə gəlişigözəl məsəllərlə problemlər həll oluna bilməz. Həyatın özünün başqa qanunları, gözlənilməz diqtələri var.



Tarix: 11.02.2019

1283