Həvva əyyamından qalan qadağa


Sosial şəbəkədə hamı Nazirlər Kabinetinin meşədən meyvə toplamağı qadağan edən qərarı ilə məzələnir. Biz isə məsələyə daha dərin yanaşmaq istədik.

İcazəsiz meyvə yemək əslində çox qədim mövzudur. O qədər qədimdir ki, kökü insandan da əvvələ gedib çıxır. İlk qadağan olunan meyvə isə Cənnətdəki alma olub. Həvva nənəmiz qadağanı pozmasa idi, nə özünü, nə də bizi zibilə salardı. Hərçənd, etiraf etmək lazımdır ki, məsələdə əməlli-başlı proqres də var. Əvvəllər insanı alma yeməyə görə Cənnətdən qovurdular, indi isə 1 manat cərimə edirlər. Yenə də şükür bu günə!



Tarix: 06.02.2019

1875