16 nəfərdə A(H1N1) virusu təsdiqlənib


Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A (H1N1) virusu təsdiqlənib.

Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərdə virusun olması bu nəticələrə uyun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib. 

"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A(H1N1) virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir". 



Tarix: 01.02.2019

1313