Alim olmuş, adam olmamış


ir ölkənin ictimai mühitini tanımaq üçün ən yaxşı yer, bəlkə də, onun ictimai nəqliyyatıdır.

Məsələn, sıravi turistlərin bir ölkənin elm ocaqlarını nə gəzməyə vaxtı nə də həvəsi olur, amma o ölkənin metrosuna, avtobusuna bircə dəfə minməklə orada yaşayan əhalinin mədənilik səviyyəsini təxmin edə bilər.

Əgər bir şəhərin metrosunda, avtobusunda hər kəsin əlində kitab, yaxud jurnal, qəzet varsa, deməli, mədəni şəhərdir. Yox, hamı bir-birinin üzünə, yaxud telefonuna baxırsa, deməli, orada hamı alimdir, oxumağa ehtiyac görmürlər.



Tarix: 01.02.2019

1136