Yerli broyler


"Elәsini almaq lazımdır ki, camaatından olsun, arxa-dayaq olsun. Özü dә öz millәtindi, pisini dә, yaxşısını da bilirsәn, köklüsünü dә, köksüzünü dә...." bu sözlәr yәqin evlәnmә yaşına çatmış oğlanların, hәmçinin, elә qızların da tez-tez eşitdiyi sözlәrdir.

İnternetin, şәbәkәlәrin bu qәdәr hәyatımıza daxil olduğu bir vaxtda, insanların әsl üzünün artıq realda deyil, internetdә ünsiyyәtlә üzә çıxdığı bir vaxtda ailәlәrin kimi seçmәklә bağlı tәzyiqlәri necә dә absurddur. Tәsәvvür edin ki, nәnәnizin sizә yaxşı qız kimi tәqdim etdiyi birinin çılpaq şәklini dostunuz sizә göstәrib deyir ki, bunu dünәn filankәs atdı. Әlbәttә, dostun alçaqlığı başqa mәsәlәnin mövzusudur. Sözüm ona ki, çıxmaq lazımdır 20'ci әsrin düşüncәsindәn. Çünki indiki dövrlә köklü fәrqlәr var. İndiki dövrdә kimin nә olduğunu elә indiki dövrün insanları - bizlәr, gәnclәr bilirik. Gözünü yumub qonşu qızı ilә evlәnmәlәrdәnsә, çox uzaqlardan, amma yaxşı biri ilә evlәnmәk әn yaxşısı deyilmi? İndi nә uzaq qohum, nә yaxın qonşu mәsәlәsi yoxdur, sadәcә yaxşı olan yaxşı, pis olan pisdir, bu qәdәr. Üstәlik, bu hәyatı biz gәnclәr yaşayacağıq. Ailәlәrә can qurban, amma hәyatımızın әn önәmli mövzularına müdaxilә edib sonra ömrü boyu lәnәt yiyәsi olmalarına birinci növbәdә biz özümüz razı olmamalıyıq...



Tarix: 28.01.2019

1564