Avto-BAS


Biz dә tam hәmin vaxt, gәnclәrin önü açılmır deyirik. Bax o insanlara, әlimә fürsәt düşmüşkәn, yenә vә yenә vә yenә vә yenә demәk istәyirәm ki, sәnin әlindә bir tutacağın var cәmisi vә sәn ondan tutub harınlamısan, arxaya gedib gәlәnlәrin önünü açmaq istәmirsәn...

Hәr birimiz vәzifәdә oturub getmәk bilmәyәn bir çox insanı qınayırıq. Harınlayıb deyirik, doymaq bilmir deyirik... deyirik, deyirik, deyirik. Ağsaqqalımızdan gәncimizә kimi, Nikolay yağı görmәmişindәn Nikolayın yağını gözümüzә soxanına kimi... amma sadәcә deyirik. Özü dә bunları avtobusun әn önündәki tutacaqlardan tutub, buraxmaq istәmәyәrәk, amansızca, bir nәfәsdә deyirik. Harınlayıblar deyirik, fәrqindә deyilik ki, avtobusa minmәk istәyәnlәr avtobusa minә bilmirlәr. Vәzifәdәn getmәk istәmirlәr deyirik, tәqaüdә çıxmaq istәmirlәr deyirik, bu vaxt avtobusun arxası bom-boşdur. Camaatsa öndәn minmәlidir - bu vahid qanundur, düşmәyәsә orta vә arxa qapı var. Hәlә dә әlimizi tutacaqdan tutub yapışmışıq. Hәlә dә ön qapının önündәki izdiham avtobusa minmәyә çalışır vә minә bilmir. Biz dә tam hәmin vaxt, gәnclәrin önü açılmır deyirik. Bax o insanlara, әlimә fürsәt düşmüşkәn, yenә vә yenә vә yenә vә yenә demәk istәyirәm ki, sәnin әlindә bir tutacağın var cәmisi vә sәn ondan tutub harınlamısan, arxaya gedib gәlәnlәrin önünü açmaq istәmirsәn. Amma bilirsәn ki, axıra kimi o tutacaqdan tuta bilmәyәcәksәn, mütlәq bir dayanacaqda sәn dә arxa qapılara yaxınlaşmalı olacaqsan, o zәhrimara qalmış tutacaqdan әlini çәkmәli olacaqsan. Bax, sәn vәzifәyә gәlsәn necә, bir tutacağı buraxmaq istәmәyәn sәn, kreslonu әldәn verәcәksәn? Qeyd: Allaha and olsun ki, avtobusun arxa tәrәfi dә önü hara gedirsә, ora gedir, vallahi! Yoxlayın! Peşman olmayacaqsız



Tarix: 26.01.2019

1490