Köhnəlmiş fri


Bloger Mehman Hüseynov həbsxanada dalbadal atdığı addımlarla radikallara bir-iki şillə tutuzdurandan sonra “Kərimli & Co.” son iki həftədə yürütdükləri siyasəti dəyişməli olublar.

Dünənə qədər kütləni “Mehman üçün” fəal olmağa səsləyib, #freeMehman şüarı ilə mitinqə çağıranlar indi özlərini elə aparırlar ki, sanki heç Mehman mövzusu əvvəlcədən yox imiş. İndi onlar heç kimin tanımadığı “siyasi məhbuslar”dan danışır, “free” sözünü kütləyə heç nə deməyən adların qabağında işlədirlər. Ara yerdə yazıq “free” tələbi hörmətdən salınır. Bir qədər də belə davam etsə, “free” deyəndə ağla kartof frisindən başqa heç nə gəlməyəcək.



Tarix: 25.01.2019

1377