Off Xırdalan

Tarix: 06.12.2018
3460

Off Road yarışlarını xatırladan Xırdalan ...
Binanın qapısından etibarən özümü virtual oyunun içində hiss edirəm. Palçıq və gölməçələri keçib hədəfə çatmaq üçün Xırdalanla mübarizə aparıram. Bir ayaq ölçüsündə olan xüsusi nöqtələri tapıb , ovçudan qaçan ceyran kimi bir ora bir bura tullana - tullana aftobusa istiqamətlənir hər kəs. Hərdən oyunun çətinləşməsi üçün özünü Off Road-da hiss edən maşınlar da çıxır qarşına. Uzun bir müddət qoruya bildiyin təmizliyini bir həmlə ilə başdan ayağa palçıq edir, elə ki bəxtin gətirdi aftobusa çatdın birinci leveli keçmiş olursan. Məsələ burasındadır ki, qıraqdan əyləncəli görünsə də heç əylənmirik. Bilin istədim ...
Tarix: 06.12.2018

Ən çox gülünənlər