Qara maskalılar


Şəhərə yeni bir trend gələn kimi ən bayağıları xüsusilə yayılır və bu yayılmaya ən böyük töhfəni kitab oxumayan kütlə verir...

Hazırda da şəhərdə virus kimi yayılan bu qara maska trendi, "yetim" kepka trendindən heç də fərqlənmir və eyni kütlə tərəfindən böyük rəğbətlə qarşılanır. Xəstə olduqlarında, el arasında deyildiyi kimi desək " xəstə qoyun kimi" asqırıb - öskürəndə maska istifadə etməyib öz viruslarını ictimai yerlərə yayanlar indi elə bir trendə düşüblər ki, gəl görəsən. Bir tərfədən sevindiricidir ki, böyük bir hissəsinin xəstə olduğu bu kütlə artıq bir müddət virus yaya bilməyəcək. Məsləyə tam başqa bir aspektdən baxsaq bunu da deyə bilərilk - bir kitab belə açmayan bu qaragüruh gəncliyin ağzı elə bağlı olsa yaxşıdır.



Tarix: 05.12.2018

2107