Qonşunun inəyi


Hə, bizimkilər belədi, öz başına pis iş gəldisə, istəyir qonşunun, tanış-tunuşun da başında elənçinə bir hadisə çatlasın.

Ona görə, haçansa xalqın içərisindən çıxmış bir müdrik bu cür məsəllə öz xalqını insafa gətirmək istəyib: Qonşunu ikiinəkli istə ki, sənin də bir inəyin olsun. Ancaq hələ də o müdrikin sözlərinə qulaq asan yoxdu, hamı tərsinə düşünür,  özünü ikiinəkli, qonşunu isə, ən yaxşı variantda birinəkli istəyir. İndiki real vəziyət isə belədi:  özünü yüzinəkli, qonşunu isə inəksiz arzulayırlar.



Tarix: 29.11.2018

1137