Ona neçə yaş verərsiniz?


Müxalifətdə daha bir çəkişmə başlayıb: Bu dəfə Qurban Məmmədovla Gülktəkin Hacıbəylinin arasında. Gültəkin Hacıbəlyi nə vaxtsa hansısa toyda çəkdirdiyi bər-bəzəkli şəkillərdən birini paylaşaraq, sual edib: “Mənə 63 yaş vermək olarmı?” Deyirlər, qadından yaş soruşmazlar, amma qadın özü niyə yaşını başqalarından soruşsun ki?! Ona görə də, bu sual əvvəlcə hamıda çaşqınlıq yaradıb. Amma sonta məsələ aydınlaşıb.

Sən demə, belə qəribə yolla Gültəkin Hacıbəyli Qurban Məmmədovun dediyi sözə cavab vermək istəyirmiş. O isə belə deyib: "Gültəkin Hacıbəylinin nə vecinə, 2000 manat deputat pensiyası alır". Gültəkin xanım, sizin 45 yaşınızın olduğunu öyrənmək çətin deyil. Yox, əgər bütün qadınlar kimi, cazibəli göründüyünüz şəkil paylaşmaq istəyirdinizsə, bu, başqa məsələ; bunu bəhanəsiz də edə bilərdiniz. Sadəcə deyin: həmin şəkil neçənci dəfədən belə alınıb?



Tarix: 08.10.2018

1414