Falçı həkimlər


Həkimlər bizim taleyimizlə mulotfilmlərdəki pişik siçanla oynayan kimi oynayır. Sağaldacam deyə, əvvəlcədən pulunu alır, sonra da bacarıqsızlığından, savadsızlığından sənin canını alır.

Axırda da deyir, günah özündədi, orqanizmin zəifdi, müalicələrə tab gətirə bilmir. Eynən falçılar kimi. Falçının dediyi həyata keçməyəndə müştərisi  qayıdır üstünə ki, bəs, dediyin olmadı. O da təzədən soruşur, filan şeyi mən dediyim kimi filan cür elədinmi? Təbii ki, yox. Onda falçı təzədən pul tələb edib yeni şeylər tapşırır kliyentə. Beləcə, yollarda qalan kliyent usanınca falçı onun pulunu sorur.  Falçının ehtiyat variantları tükənməz olduğuna görə axırda fala baxdıranın özü günahkar çıxır. Həkimlərimiz də bu metodla işləyir. 

 



Tarix: 03.10.2018

2305