Qaçınılmaz xəyanət


Müsəlmanlar kişinin xəyanətinə normal, qadının xəyanətinə isə çox aqressiv münasibət bəsləyirlər.

Bizim qadınların bəziləri özlərini bilməməzliyə vurub kişisinin xəyanətinə göz yuma bilirlər. Bu da bizdəki qadınların iqtisadi asılılığından irəli gəlir. Düşünürlər ki, kişisinin bu azadlığına etiraz eləsələr əri boşaya bilər. Rusiyada yaşadığı əprimiş rus qadınla kənddəki arvadını, “evində qalıram, xozeykamdı” adı altında telefonda danışdıran arsız bazar alverçilərimiz də çoxdu. Beləcə, kənddə dolanışıq üçün göndərdiyi pulun xətrinə arvadı kişisinin özgə qadınla birgə yaşamasına göz yumur.   



Tarix: 12.09.2018

2865