Camaat nə deyər - in meyvəsi


Bu "Camaat" , bu millətin evini yıxdı, belini qırdı.

Camaat nə deyər deyə ailə qururlar, camaat nə deyər deyə uşaq sahibi olurlar, camaat nə deyər deyə bütün həyatlarını bu sözə fokslanıb yaşayırlar. Camaat nə deyərin meyvələri isə heç xoş olmur. Kimsəsiz, təhsilsiz uşaqlar, boşanmlar və.s kimi bədbəxtliklər gətirir. Və ən önəmlisi camaat səpdiyi toxumların meyvəsinə sahib çıxmır heç bir zaman. Hələ də insanlar camaat nə deyər deyib necə gəldi ailə həyatı qurur, sonra Mamed impotent damğasını üstündən götürsün deyə, geciksə camaat nə deyər deyə başlayır necə gəldi uşaqları istehsal eləməyə və bir gün ayılır ki, bəs Mamed bunların heç birinə hazır deyilmiş. Evsiz-eşiksiz, yaninda bir bədbəxt qadın, bir də günahsız körpələr. Ama ən önəmlisi odur ki, Mamedin üstündə pis bir damğa yoxdu, şükür allaha impotent deyil , gəlin də təmiz çıxdı, onun da üstündə evdə qaldı, yəqin pozgundur kimi damğalar yoxdur. Bax bunların qorxusundan baş verir bütün faciələr... Millət olaraq gələcəyimiz üçün ata biləcəyimiz ən gözəl addımlardan biri də , bu "camaat nə deyər" qorxusunu içimizdə boğmaq olar...



Tarix: 10.09.2018

5143