Yol özü də bir vətəndir


Nədənsə, uydurduğumuz yad planet adamlarını bizdən daha irəlidəki sivilizasiyalarda yaşadıqlarını düşünmüşük.

Uzaq planetlərdə, əlimiz çatmayan qalaktikalarda canlı varmı deyə, Yer insanı nəhəng təcrübə institutlarında özünü yorur. Görünür, Yer insanı bu boyda kəhkaşanda tənha, qərib olmaq istəmir. Odur ki, elmimiz çatan bütün planetlərdə özümüzə oxşar canlı axtarışındayıq.  Fantaziyamızı işə salaraq yad planetlərdə yaşayan canlılar haqda əsərlər yazıb filmlər çəksək də, realda əlimizə bir dənə də olsun fakt dəyməyib. Hələ ki, yadplanetli məxluq yoxdu!

 



Tarix: 10.09.2018

1250