Səni Deyirəm!


Əslində gecə lampanın işığına yığışan həşaratıq hamımız.

Amma bir məsələ var. Baxır hansı lampanın işığına yığışırsan. Bu da ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətədə dəyişir. Bu yay tv verlişlərin birində #buyaykitaboxuyaq haştagı ilə aksiya başladıldı. Dəfələrlə efirdə təbliğ olunmasına baxmayaraq sosial şəbəkələrdə bir dəfə də olsun bu axının yayılmasının şahidi olmadıq. Ancaq başqa bir məqsədlə də olsa #sənideyirlər haştagı ilə bir axın başlandı. Uşaqdan qocaya hər kəs bu axına qoşuldu. Və bir daha şahidi olduq ki, nəyi təbliğ edirsən et. Bizim millət oynayan millətdi. Əslində isə hamımızın için bir balaca sənideyirlər var.



Tarix: 08.09.2018

6723