Koroğlu blogger olsaydı


Xaricə sığınan bir qrup “blogger” var ki, az qala hər gün canlı yayım edərək, Azərbaycanda hakimiyyəti dəyişəcəklərini deyirlər. Hərəsnin 5-10 nəfər izləyicisi də var. Amma bir soruşan yoxdur ki, ay bl... oggerlər, əgər qaçıb xaricdən canlı yayımla hakimiyyəti dəyişmək olsaydı, onda dünyada hamı elə edərdi də! Daha camaat niyə o qədər xərc çəkir, mübarizə aparır ki...

Uzaqdan canlı yayımla hakimiyyəti dəyişəcəyini iddia emək təxminən ona bənzəyir ki, rinqdən ayağın tutduğu qədər uzağa qaçıb, sonra rəqibə yumruq silkələyərək, onu nokauta salacağını deyəsən. Boşuna demirlər ki, “uzaqdan baxana döyüş asan gəlir”. Real siyasət telefonda ekrana bir dəfə toxunmaqla canlı yayıma çıxıb, ağzına gələni danışmaq deyil.



Tarix: 10.08.2018

3333