Absurd balıqçılıq


Yutubdan öyrənib quqluda balıq tutmaq olar

Əslində, balıq tutmağı əvvəl-əvvəl evdəki akvariumdan başlamaq lazımdı. Sonra da yutubdan bunun elmini öyrənib özünə uzunsaplı bir tilov ala bilərsən. Tilovun olandan sonra heç bayıra çıxmaq lazım gəlməyəcək, elə evdəcə oturub quqludan da kalan balıq tutmaq olar. Ancaq bu elm, sözsüz ki, sosial şəbəkələrdə qız tutmaqdan dəfələrlə asandı. Burada səndən əsas özünəinamın, özgüvənin patalogiyası tələb olunacaq. Sonunda da "Qoca və dəniz" mükafatına layiq görüləcəksən. Bu qədər sadə, yani.

 



Tarix: 08.08.2018

2135