Blogger Paşinyanın canlı yayımı


Ermənistan prezidenti Nikol Paşinyan ucuz PR-dan çox istifadə edir. Amma bir çox hallarda bu PR lazım olan yox, tamam əks effekt doğurur.

Məsələn, götürək Paşinyanın prezident kabinetindən feysbuk vasitəsilə canlı yayım etməsini. Sosial şəbəkələrdə canlı yayım daha çox peşəkar KİV-ə çıxışı olmayan bloggerlər üçün münasib variantdır. Paşinyanın isə dövlətin bütün televiziyalarına, qəzetlərinə, saytlarına çıxışı var və istənilən fikrini peşəkar yayım vasitəsilə çatdıra bilər. Elə isə, prezidentin blogger kimi feysbukda canlı yayım etməsi nə deməkdir? Yəqin, sabah seçkiləri də feysbukda “layk” toplamaq əsasında keçirər.



Tarix: 06.08.2018

2081