Üzə deyən tərəzi


Gözəlliyinin qeydinə qalmaq istəyirsənsə kökəlmənin qarşısını vaxtında almalısan.

Qədimdə kişilər qadının gombulunu xoşlayar, bu dəbdən istifadə edən qadınlar da ürəkləri istədiyi qədər yeyib-içərlərmiş. Fikir vermisinizsə, klassik Avropa rəssamlarının əsərlərində gözəllik simvolu kimi çəkilmiş qadınların qarnı irəli çıxır, ayaqları, budları isə toppuş olur. Ümumi götürdükdə isə, nazik belə malik olma məsələsi, əsasən,  orta əsr xristian saraylarında moda mindi. Saray xanımları nərmənazik görünmək üçün donların arxasındakı qaytanları nəfəsləri kəsilənə qədər dartdırırdılar. Sonralar isə arıqlamaq üçün dietalar epoxası gəldi. Və indiyə qədər də davam edir. Kimyəvi dərmanlardan yersiz istifadə edənlərdən anoreksiya xəstəliyinə tutulanlar da çoxdu. Ancaq nə deyirsiniz deyin, nazik olmağa çalışan qadınlar haqlıdı. 



Tarix: 04.08.2018

2143