Siyasi ətçilər üçün qəssab kötüyü – Kirpi.info-dan yeni layihə


Siyasət böyük işdir; amma kiçik adamlar bu işə girişəndə ortaya siyasət yox, siyasi ət çıxır. Bu gün həmin kiçik, türkiyəlilərin təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin siyasi ətlərini camaata sırımağa çalışırlar.

Belələrilə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Kirpi.info-nun yeni layihəsi də buna xidmət edəcək. “Siyasi ət” adlanan animasiya-xəbər proqramında siyasi ətlər məntiq kötüyünün üstünə uzadılaraq, tənqid baltası ilə şaqqalanacaqlar. Bundan sonra Kirpi.info sizi hər həftə siyasi ət kababına qonaq edəcək.



Tarix: 30.07.2018

4692