Kişinin başına iş gələr!


Alimlər qurbağa üzərində belə bir eksperiment aparıblar. Onlar qurbağanı isti su qazanına atırlar və qurbağa dərhal hoppanıb qazandan çıxır.

Daha sonra alimlər qurbağanı soyuq suya atırlar. Bu zaman soyuq su qurbağanın xoşuna gəlir. Alimlər get-gedə qazanın  istiliyini artırırlar. Su isindikcə, qurbağa  arxayınlaşır və yuxuya gedir. Qurbağa o dərəcə də rahat olur ki, qazandan çıxmır ləzzət ala-ala bişir.

İnsan da qurbağa kimidir. Əvvəlcə öyrəşə bilmədiyi, qaçmaq istədiyi işdə, peşədə ehtiyacları ödəndikcə rahatlıq tapır və özü də bilmədən öz peşəsinə çevirilir.



Tarix: 27.07.2018

1673